Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:17

Azərbaycan yaxşı ölkələr içində neçəncidir


Bakıda Heydər Əliyev Mərkəzi
Bakıda Heydər Əliyev Mərkəzi

Dekabrın 11-də Yaxşı Ölkə indeksi açıqlanıb. Bu indeksin məqsədi hər bir ölkənin bəşəriyyətə nə verdiyini və ölçüsünə uyğun olaraq nə aldığını öyrənir.

İndeks BMT-nin və digər beynəlxalq qurumların məlumatları əsasında hazırlanır, ayrı-ayrı ölkələrin bəşəriyyətin təmiz kreditoru, yoxsa planetə yük olduğu, yaxud bu ikisinin arasında yerləşdiyini üzə çıxarır.

MƏQSƏD MÜZAKİRƏLƏRƏ TƏKAN VERMƏKDİR

Yaxşı Ölkə İndeksi ölkələr içində nə baş verdiyini araşdırmır, çünki bu göstəriciləri öyrənən digər tədqiqatlar mövcuddur.

*** Buna da bax: Azərbaycan firavanlıq indeksində 103-cüdür

İndeksin məqsədi odur ki, ölkələrin öz vətəndaşları və dünya qarşısında məsuliyyətlərini necə balanslaşdırmaları üzrə qlobal müzakirələr başlansın. İndeks müəllifləri hesab edirlər ki, bu, bəşəriyyətin gələcəyi və planetin sağlamlığından ötrü vacibdir.

35 indikator əsasında hazırlanmış indeksdə ilk üçlükdə Niderland, İsveçrə və Danimarka yer alıb.

Yaxşı Ölkə İndeksinin yaradıcısı Simon Anholt deyir ki, uğurlu ölkə “bəşəriyyətin xeyrinə töhfəsini verən ölkədir”.

Beləliklə, ilk 10 “yaxşı ölkələr” bunlardır: Niderland, İsveçrə, Danimarka, Finlandiya, Almaniya, İsveç, İrlandiya, Birləşmiş Krallıq, Avstriya və Norveç.

AZƏRBAYCANIN YERİ

Azərbaycan 163 ölkə içində 89-cu yerdədir. Qonşulardan Ermənistan 75, Gürcüstan 57, Rusiya 65, İran 131, Türkiyə 38-cidir.

*** Buna da bax: Qlobal terrorçuluq indeksində 99-cu yerdəyik

Azərbaycan elm və texnologiya üzrə qlobal töhfəyə görə 129, mədəniyyət sahəsində – 139, beynəlxalq sülh və təhlükəsizlikdə – 42, dünya düzəninə töhfəyə görə 132, planet və iqlim kateqoriyasında 29, rifah və bərabərlik üzrə 86, səhiyyə və sağlamlıq üzrə 89-cu yeri tutub.

Mədəniyyət kateqoriyasında hərəkət azadlığı, viza məhdudiyyətləri, mətbuat azadlığı, elm və texnologiya bölməsində beynəlxalq tələbələr, beynəlxalq nəşrlər, patentlər və digər amillər öyrənilir.

Birləşmiş Ştatlar 25-ci yerdədir.

İndeksdə sonuncu, 163-cü yeri Əfqanıstan tutub.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG