Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 02:03

Neapolitan pitsası UNESCO siyahısına salınıb


2016-cı ildə İtaliyada hazırlanmış rekord ölçülü pitsa
2016-cı ildə İtaliyada hazırlanmış rekord ölçülü pitsa

Neapolitan pitsasının hazırlanması sənəti dünyanın mədəni irs siyahısına salınıb. UNESCO dekabrın 7-də Neapolitan “pizzaiuoli”, yəni pitsa hazırlanmasını Qeyri-maddi Mədəni İrs siyahısına daxil edib.

Qurum Cənubi Koreyada keçirilən toplantıdan sonra “Təbriklər, İtaliya!” deyə Twitter-də yazıb.

İtaliya “pizzaiuoli” praktikasının – xəmirin hazırlanması və açılması, üstünün doldurulması və odun sobasında bişirilməsini bu ölkənin mədəni və qastronomik ənənəsi sayır.

NUTELLA-SIZ PİZZA

Romada pitseriya sahibi Romano Fiore “Reuters” informasiya agentliyinə müsahibəsində qərarı alqışlayıb. “Bütün italyanlar və neapolitanlar kimi fəxr edirəm… pitsanın neçə əsrlik yaşı var”, – o deyib.

Neapolitan pitsasının xəmiri nazik, qıraqları nisbətən qalın olur, bişərkən kənarları nazik velosiped təkəri kimi qalxır.

Odunla qızdırılan kərpic sobada bişirilən bu pitsanın iki klassik versiyası var: marinara (pomidor sousu, sarımsaq, qaraqınıq (oreqano) və yağ) və marqarita (pomidor, motsarella pendiri, yağ və reyhan).

Marqarita pitsasının 1889-cu ildə Kraliça Margherita-nın şərəfinə yaradıldığı nəql edilir.

Pitsa bütün dünyada sevimli yeməyə çevrildikcə, onun üst içliyinə xeyli innovasiyalar olunub, bu da italyanları karıxdırıb.

Fiore's pitseriyasının müştərisi Matteo Martino qərardan öncə deyib: “Ümid edirəm, bu qərar əcnəbilərə pitsanın əslində necə hazırlanmasını anlamağa kömək edər, yəni Nutella-sız və ananassız...”

SİYAHIYA DAHA NƏLƏR DÜŞÜB

UNESCO həmçinin çövkəni İranın, yel dəyirmanlarını Niderlandın mədəni irsi kimi tanıyıb.

İndoneziyanın Cənubi Sulavei adasında ənənəvi qayıqqayırma, Malavidə qarğıdalıdan hazırlanan Nsima yeməyi də artıq bu siyahıdadır.

Türk qəhvəsi, Xorvatiyanın zəncəfilli kökəsi və Gürcüstanın Qvevri qədim şərabçəkmə ənənəsi bir müddətdir UNESCO-nin yemək mədəniyyəti siyahısındadır.

*** Buna da bax: Kamança da UNESCO-lu oldu

Azərbaycana gəlincə, kamança hazırlanması və ifaçılıq sənəti, dolma hazırlama və paylaşma ənənəsi, Azərbaycan muğam ifaçılığı, Lavaş bişirmə və paylaşma ənənəsi, Lahıc misgərlik sənəti, aşıq sənəti, Novruz bayramı, xalça sənəti, tar ifaçılığı, kəlağayı sənəti UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ siyahısında, Çövkən – Qarabağ ənənəvi atüstü oyunu isə UNESCO-nun Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısında yer alır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG