Keçid linkləri

Təcili xəbərlər
2021, 17 Aprel, şənbə, Bakı vaxtı 00:16

Britaniyanın dövlət naziri Bakıya gəlir


London

Böyük Britaniyanın ticarətə və ixraca yardım üzrə dövlət naziri Rona Ferhed Azərbaycana səfər edəcək.

Bu haqda Birləşmiş Krallığın Bakıdakı səfirliyindən bildiriblər.

Səfərin dekabrın 14-də başlayacağı, dekabrın 15-də başa çatacağı bildirilir.

Britaniyalı nazir iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın ikinci iclasında iştirak edəcək. Həmin komissiyaya Azərbaycan tərəfdən iqtisadiyyat naziri Şahin Mustafayev rəhbərlik edir.

XS
SM
MD
LG