Keçid linkləri

2017, 16 Dekabr, şənbə, Bakı vaxtı 20:36

Prezident İlham Əliyev və xanımı, Birinci vitse prezident Mehriban Əliyeva dekabrın 7-də Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Quba «ASAN həyat» kompleksinin açılışında iştirak ediblər.

Dövlət başçısı və xanımı kompleksin rəmzi açılışını bildirən lenti kəsiblər.

Bu kompleks prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sayca 12-ci mərkəzidir. Mərkəzdə indi 10 dövlət orqanı 32 növ xidmət göstərir.

Dövlət başçısı və xanımı Quba Bayraq Muzeyinin açılışında da iştirak ediblər. Tikintisi bu ilin martında başlayan və noyabrda başa çatan muzey binası sərgi zalından, inzibati və yardımçı otaqlardan ibarətdir. Sərgi zalında 6 bölmə yaradılıb. Orada Azərbaycanın xanlıqlar dövrünün xəritəsi, xanlıqların bayraqları, müxtəlif tarixi dövrlərə aid eksponatlar yer alır.

Prezident İ.Əliyev və Birinci xanım M.Əliyeva daha sonra «Azərxalça» Açıq Səhmdar Cəmiyyətinin Quba filialının açılışında iştirak ediblər. «Azərxalça» ASC İdarə Heyətinin sədri Vidadi Muradov görülən işlərlə bağlı ətraflı məlumat verib. O bildirib ki, «Azərxalça» ASC-nin Quba filialının binasının ümumi sahəsi 1300 kvadratmetrdir.

«Burada 150 toxucu və 12 inzibati-təsərrüfat işçisi çalışacaq. Bina toxuculuq emalatxanası, rəssam otağı, anbar, yeməkxana, tibb otağı, xalça-satış salonu və digər bölmələrdən ibarətdir. Emalatxanadakı müxtəlif ölçülü 43 dəzgahda əsasən Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran rayonlarının kəndlərində hazırlanmış tarixi və orijinal Şirvan çeşniləri əsasında xalçaların toxunmasına üstünlük veriləcək», - deyə o vurğulayıb.

Prezident Qubaya gedib

Azərbaycan prezidenti İlham Əliyev dekabrın 7-də Quba rayonuna səfər edib.

AZƏRTAC-ın xəbərinə görə, prezident İ.Əliyev və Birinci xanım Mehriban Əliyeva əvvəlcə keçmiş prezident Heydər Əliyevin Quba şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyublar.

Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev dövlət başçısına abidənin ətrafında aparılan abadlıq-quruculuq işləri barədə məlumat verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG