Keçid linkləri

2018, 24 Yanvar, çərşənbə, Bakı vaxtı 06:22

Azərbaycan və Türkiyə hərbi protokol imzalayıb


Azərbaycan Müdafiə Nazirliyi

Bakıda keçirilən Azərbaycan-Türkiyə X Yüksək Səviyyəli Hərbi Dialoq iclası (YSHD) işini başa çatdırıb.

Bu barədə bu gün, dekabrın 7-si Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Hərbi dialoq çərçivəsində işçi qruplar Azərbaycan ilə Türkiyə arasında təhlükəsizlik, hərbi, hərbi-texniki istiqamətlərdə əməkdaşlığın geniş spektrini nəzərdən keçirib və əsas fəaliyyət istiqamətlərini müəyyən ediblər.

Sonda Azərbaycan Müdafiə Nazirliyi ilə Türkiyə Baş Qərargahı arasında Yüksək Səviyyəli Hərbi Dialoq iclasının yekunlarına dair protokol imzalanıb. Protokolun detalları açıqlanmır.

Azərbaycan və Türkiyə arasında Yüksək Səviyyəli X Hərbi Dialoq iclası dekabrın 5-də başlamışdı. Toplantılar Bakıda keçirilirdi. IX iclas isə Türkiyənin paytaxtı Ankarada keçirilmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG