Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 23:37

“Sükutu pozanlar” İlin Adamı oldular


"Time" jurnalının üz qabığı
"Time" jurnalının üz qabığı

Time” jurnalı 2017-ci ilin adamını açıqlayıb. “Sükutu pozanlar”, yəni seksual qısnama qurbanları olduqlarını dilə gətirənlər İlin adamı seçiliblər.

DÜNYANIN HƏR YERİNDƏN DİLƏ GƏLİBLƏR

Dərginin baş redaktoru NBC-nin “TODAY” şousunda deyib ki, jurnalın üz qabığında qismən əks olunan qadınla “Time” danışıb, ancaq o, “həyatına təhlükə yaratmadan” hekayətini anlada biləcəyinə əmin olmadığını dilə gətirib.

Üz qabığındakı fotoda “me too” (mən də) kampaniyasına qoşulmuş qadınlar yer alıb: fəal Adama Iwu, aktrisa Ashley Judd, müğənni Taylor Swift, çiyələkyığan Isabel Pascual və Uber-in keçmiş mühəndisi Susan Fowler.

“Sükutu pozmuş qadınlar və kişilər bütün irqləri, bütün gəlir siniflərini, bütün peşələri və dünyanın bütün guşələrini əhatələyib”, – dərgi bildirir.

Dünyanın ən nüfuzlu adamları siyahısında ikinci yeri ABŞ prezidenti Donald Trump, üçüncünü isə Çin prezidenti Xi Jinping tutub.

Təxminən bir əsrdir “Time” İlin Adamını seçir, xəbərlərə ən çox təsir göstərmiş şəxsi, yaxud qrupu müəyyənləşdirir.

SİYAHIYA KİMLƏR DÜŞÜB

İndiyədək Almaniya kansleri Angela Merkel, Bill və Melinda Gates-lər ilin adamı seçiliblər.

Ancaq bu seçim həmin şəxslərin dəstəklənməsi anlamına gəlmir. Siyahıda Adolf Hitler, Josef Stalin və İran ayətullası Ruhollah Khomeini-nin də adları olub.

Time” oxucular arasında onlayn sorğu da keçirir. Bu sorğuya görə, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Mohammaed bin Salman İlin Adamı seçilib.

32 yaşlı şahzadə səslərin 24%-ni toplayıb. İkinci yeri cinsi təcavüz və qısnama qurbanlarnın hekayətlərini anlatdıqları #MeToo kampaniyası gəlir, 6% səs toplayıb.

Onlayn sorğuda prezident Trump-ın seçki kampaniyasının Rusiyayla əlaqələrini araşdıran xüsusi müşavir Robert Mueller-in də adı var.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG