Keçid linkləri

2017, 16 Dekabr, şənbə, Bakı vaxtı 20:50

Flynn Rusiya layihəsinə necə yardım etmək istəyib


Michael Flynn

Ağ evin keçmiş müşaviri Michael Flynn ABŞ prezidenti Donald Trump-ın andiçmə nitqi zamanı göndərdiyi ismarıcda yazıbmış ki, Rusiyaya nüvə enerjisi layihəsi “hazırdır”. Bu layihənin gerçəkləşməsindən ötrü ABŞ sanksiyaları qaldırılmalıydı. Bunu ABŞ konqresmenlərinə bir informasiya ötürücüsü deyib.

Şahidin dediklərini dekabrın 6-da Nümayəndələr Palatasının üzvü Elijah Cummings açıqlayıb. Onun sözlərincə, bu iddialar Flynn-in Ağ evdə vəzifədə olduğu qısa müddət ərzində nüvə layihəsinə kömək etməyə çalışdığını göstərir, bundan ötrü hətta ABŞ sanksiyalarını ertələməyə, yaxud bitirməyə belə hazır olub.

Rusiyaya sanksiyalar Moskvanın Ukraynanın Krım yarımadasını qanunsuz ilhaqından sonra qoyulub.

Flynn Federal Təhqiqatlar Bürosuna (FBI) yalan açıqlama verdiyini boynuna alıb və hazırda ABŞ-ın xüsusi müşaviri Robert Mueller-lə əməkdaşlıe edir. Mueller Trump kampaniyasıyla Rusiyanın əlaqələrini araşdırır.

Adı açıqlanmayan şahid bu il yanvarın 20-də Trump-ın andiçmə mərasimində olub. O zaman Flynn-in biznes şərikiylə görüşüb. Həmin şərikin Flynn-dən aldığı mesajda yazılıbmış ki, Rusiyanın nüvə enerjisi şirkətləriylə birgə layihə “hazırdır” və o, “işləri həll etməyə” başlayacaq.http://tmsnrt.rs/2AvwKex.

Medianın yazdığına görə, andiçmədən bir neçə gün sonra Flynn enerji layihəsini Ağ evin müzakirəsinə çıxarıb. The Wall Street Journal yazır ki, Flynn layihəni Trump-ın kürəkəni Jared Kushner və prezidentin yaxın dostu Thomas Barrack-la müzakirə edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG