Keçid linkləri

Təcili xəbərlər
2018, 26 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:09

Fransanın məşhur rok ulduzu Johnny Hallyday 74 yaşında ağ ciyər xərçəngindən dünyasını dəyişib.

Elvis Presley-nin yaradıcılığından həvəslənən Hallyday 100 milyondan çox albom satıb. 1960-cı ildə ilk peşəkar konsertini verən müğənni sonradan 50 böyük tur gerçəkləşdirib.

O, Fransada daha çox tanınırdı. O qədər mühüm mədəniyyət xadimi sayılır ki, öldüyü dekabrın 6-da səhər prezident Emmanuel Macron-un bəyanatıyla açıqlanıb.

“Hamımızın içində Johnny-dən nəsə var”, – Macron deyib.

Hallyday-nın harada dünyasını dəyişdiyi açıqlanmayıb.

Johnny kimi tanınan müğənni 1943-cü il iyunun 15-də nasistlərin işğalı altında olan Parisdə doğulub. Atası belçikalı, anası fransız olub.

Hələlik, rok ulduzun dəfniylə bağlı planlar bəlli deyil.

Günün bütün mövzuları

XS
SM
MD
LG