Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Oktyabr, bazar, Bakı vaxtı 01:35

Rusiya bombardmançılarını İndoneziyaya göndərir


Arxiv fotosu

Rusiyanın Müdafiə Nazirliyi bildirir ki, strateji bombardmançıları dekabrın 5-də İndoneziyaya uçub. Bu, Rusiyanın sərhədləri kənarında hərbi iştirakını gücləndirməyə çalışdığını göstərir.

Nazirliyin məlumatına görə, iki Tu-95 strateji bombardmançısı Biak adasına çatıb, onları heyət və təchizat daşıyan iki Il-76 təyyarəsi müşayiət edib.

Nazirlik bildirir ki, bombardmançılar Rusiyanın Amur regionundan qalxıb və Sakit Okean üzərində heç bir insident baş vermədən Il-78 tankerlərindən yanacaq götürüblər.

Bu bombardmançılar nüvə silahı daşımaq gücünə malikdir.

Rusiya dövlət televiziyasının məlumatına görə, bombardmançılar Biakda bir neç gün qalacaq.

Belə uçuşların gələcəkdə də gerçəkləşəcəyinə dair İndoneziya tərəfdən açıqlama verilməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG