Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:29

Mueller-in Deutsche Bank-dan Trump ailəsinə aid məlumatları istədiyi xəbər verilir


Xüsusi prokuror Robert Mueller
Xüsusi prokuror Robert Mueller

ABŞ mediasında yayılan məlumatlara görə xüsusi prokuror Robert Mueller Almaniyanın Deutsche Bank bankına müraciət edərək Donald Trump və onun ailə üzvlərinə aid hesablar barədə informasiyanı istəyib.

Reuters agentliyi dekabrın 5-də bu məsələ ilə tanış mənbələrə istinadən yazıb ki, Mueller bəzi pul və kredit tranşlarına dair məlumatların ona verilməsi üçün bir neçə həftə bundan əvvəl Almaniyanın ən böyük bankına tələbnamə göndərib.

Bu tələbnamə barədə məlumatı bundan əvvəl Almaniyanın Handelsblatt qəzeti vermişdi.

Bundan əvvəl buna bənzər tələbləri şəxsi sirlər barədə qanunlara söykənərək rədd edən Deutsche Bank Mueller-in müraciətinə necə cavab verdiyinə aydınlıq gətirməyib.

Mueller Rusiyanın 2016-cı il ABŞ seçkisinə müdaxiləsini və Trump-ın kampaniyası ilə Rusiya hökuməti arasında mümkün sövdələşməni araşdırır.

İndiyədək bu təhqiqatla bağlı 4 nəfərə qarşı cinayət işi qaldırılıb.

Ötən oktyabrda Trump seçki kampaniyasının keçmiş başçısı Paul Manafort və onun biznes şəriki Rick Gates-ə qarşı federal orqanlara yalan məlumat vermək ittihamı üzrə cinayət işi qaldırılıb.

Trump-ın keçmiş xarici işlər müşaviri George Papadopoulos da FTB agentlərinə yalan danışdığını etiraf edib və Mueller-in təhqiqatı ilə əməkdaşlıq etməyə hazır olduğunu bildirib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG