Keçid linkləri

Təcili xəbərlər
2018, 26 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:15

Azərbaycan növbəti peykini orbitə çıxarmağa hazırlaşır


"BakuTel" sərgisi (arxiv fotosu)

“2013-cü ilin fevralında Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə buraxılması müstəqillik dövründə qazandığımız ən yüksək texniki nailiyyətlərdəndir”.

Prezident İlham Əliyev “BakuTel–2017” telekommunikasiya və informasiya texnologiyaları sərgi-konfransının iştirakçılarına müraciətində belə qeyd edib.

Azərbaycanın növbəti telekommunikasiya peykinin orbitə çıxarılmasına hazırlaşdığını bildirən ölkə başçısı elektron hökumət sahəsində görülən işlərdən bəhs edib:

Buna da bax: 'Bakutel-2017' sərgisi başlayıb

“Respublikamızda “elektron hökumət”in formalaşdırılmasına böyük diqqət yetirilir. “Elektron hökumət” portalı vasitəsilə dövlət orqanlarının informasiya sistemləri arasında informasiya mübadiləsi reallaşdırılır, elektron imzanın istifadəsi üçün infrastruktur davamlı təkmilləşdirilir”.

İ.Əliyev vurğulayıb ki, Azərbaycanda rəqəmli yayıma keçid tam təmin edilib. Onun sözlərinə görə, məhz bunun sayəsində əhali indi radio-televiziya verilişlərini keyfiyyətli, fasiləsiz izləmək imkanına malikdir.

Azərbaycanın ilk süni rabitə peyki "Azərspace/Afrikasat-1A" 2013-cü ilin fevralında Fransız Qvianasında Kuru kosmodromundan kosmosa buraxılıb.

Buna da bax: Azərbaycan ikinci peykini orbitə buraxır

Növbəti peykin 2015 və ya 2016-cı ildə orbitə buraxılacağı deyilirdi. Sonra "Azerspace 2"-nin yığılması prosesinin 2017-ci ilin sonunda başa çatacağı bildirilmişdi.

Xatırlatma

Dekabrın 5-i Bakı Ekspo Mərkəzində XXIII Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları (“Bakutel-2017”) sərgi və konfransı işə başlayıb.

“Bakutel-2017” sərgisində 20 ölkədən 192 şirkət iştirak edir. Tədbirin başlaması ilə birgə Azərbaycanda “Yüksək Texnologiyalar Həftəsi”nə start verilib.

Prezident İlham Əliyev bu gün tədbirə qatılan ölkələrin yüksək söviyyəli rəsmilərini - İranın, Türkiyənin, Rusiyanın rabitə nazirlərini qəbul edib.

Ölkə başçısı həmçinin, tədbirin qonağı olan Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Houlin Çjao ilə də görüşüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG