Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:04

Əcnəbilər Özbəkistanda daha çox qala biləcəklər


Mirziyoev Qırğızıstan səfərində, arxiv fotosu

Özbəkistan prezidenti Shavkat Mirziyoev yeni viza qaydalarıyla bağlı fərman imzalayıb, bundan sonra əcnəbilər bu ölkədə 30 gün qala biləcəklər.

Dekabrın 4-də açıqlanmış fərmana görə, fərdlər üçün turist vizasının qiyməti 60 dollardan 40 dollara salınıb.

Daha öncə turist vizaları yalnız bir həftəliyə, yaxud 15 günlüyə verilirdi.

Turist qruplarına qoşulanların sayı 10-dan 5-ə endirilib. Turist qrupunun bir üzvü üçün 15 günlük vizanın qiyməti 15 dollar, 30 günlük vizası 25 dollardır.

Mirziyoev-in bu addımı ölkəni dünyaya açmağa yönəlik təşəbbüslərdən biridir.

Ötən ilin sentyabrında avtokrat lider Islam Karimov-un öldüyü açıqlanandan sonra Mirziyoev hakimiyyətə gəlib.

Günün bütün mövzuları

XS
SM
MD
LG