Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Aprel, bazar, Bakı vaxtı 14:49

Vergilər Nazirliyində kollegiya iclası keçirilib.

Bu barədə dekabrın 5-i nazirlik açıqlama yayıb.

İclas dövlət büdcəsinin proqnoz gəlirlərinin icrası və Vergilər Nazirliyinin qarşısında duran vəzifələrə həsr edilib.

Nazir Fazil Məmmədov deyib ki, vergi ödəyicilərinin iqtisadi fəaliyyət göstəricilərinin yaxşılaşması vergi daxilolmalarının təmin edilməsinə müsbət təsir göstərir. Nazirə görə, vergi qanunvericiliyinin və inzibatçılığının təkmilləşdirilməsi ilə bağlı aparılan islahatlar da öz müsbət nəticələrini göstərir.

İqtisadi fəallığın artmasını xüsusi vurğulayan nazir 2017-ci ilin ilk 10 ayı ərzində 134 min 566 yeni vergi ödəyicisinin qeydiyyatdan keçdiyini söyləyib:

«Bütünlükdə isə cari ilin 10 ayı ərzində qeydiyyata alınan, fəaliyyətini bərpa edən vergi ödəyicilərinin sayı fəaliyyətini dayandıran və ləğv edən vergi ödəyicilərindən 18028 sayda çox olub».

F.Məmmədov 2017-ci ilin büdcə proqnozlarının tam həcmdə yerinə yetirilməsinin əsas prioritet kimi nəzərdə tutulduğunu söyləyib. Vergilər naziri qeyd edib ki, büdcə daxilolmalarının mütərəqqi üsullardan istifadə etməklə vaxtında təmin edilməsi sahəsində mobil inzibatçılığa zərurət yaranıb.

Sonda Vergilər Nazirliyi Kollegiyasının qərarı ilə büdcə proqnozlarının dəqiq və vaxtında icra edilməsi məqsədilə xüsusi Qərargah yaradılıb.

Xatırlatma

2018-ci ildə dövlət büdcəsi gəlirlərinin 7.907 milyard manatı və ya 39.3 faizi Vergilər Nazirliyinin xətti ilə daxilolmaların payına düşür. Bu da ÜDM-in 11.4 faizi həcmindədir. Bu göstərici cari ilin proqnozundan 262 milyon manat və ya 3.4 faiz çoxdur.

Günün bütün mövzuları

XS
SM
MD
LG