Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Aprel, şənbə, Bakı vaxtı 15:35

Rusiyayla bağlı Olimpiya qərarı gözlənir


İllüstrativ foto

Dekabrın 5-də Beynəlxalq Olimpiya Komitəsi (BOK) gələn fevralda Qış Olimpiya oyunlarına rusiyalı atletlərin hamısını, yaxud çoxunu buraxmamaqla bağlı qərarını verəcək. Bu qərar Rusiya idmançılarının dopinq qəbul etməsinə dövlətin himayəsi iddialarıyla əlaqədardır.

Komitə qərar ərəfəsində bütün tərəfləri dinləyib və dopinq üzrə indiyədək çıxardığı ən vacib qərarlardan birini verəcək.

Rusiya baş nazirinin müavini Vitaly Mutko komitəyə müraciətində deyib ki, “sağlam düşüncəyə, BOK-un xartiyasına, heç kəsin təqsirsizlik prezumpsiyasını pozmaması fikrinə əsaslanırıq”.

BOK indiyədək dopinqə görə total qadağa qoymayıb, bunu beynəlxalq federasiyaların ixtiyarına buraxıb. Ancaq BOK Qış Olimpiadasına daha güclü yanaşma sərgiləyir. Çünki ən ciddi dopinq iddiaları da 2014-cü ildə Soçidə keçirilmiş Qış Olimpiadasıyla bağlıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG