Keçid linkləri

2018, 20 Yanvar, şənbə, Bakı vaxtı 21:32

Britaniyalı deputatdan Əfqan Muxtarlıya dəstək


London (arxiv fotosu)

Britaniya parlamentinin üzvü Piter Bottomli həbsdəki jurnalist Əfqan Muxtarlının işi ilə bağlı hökumətlərinə müraciət edib.

“Turan” agentliyinin xəbərinə görə, bu haqda deputat bəyanat yayıb.

“Xarici işlər və Birlik işləri üzrə dövlət katibini rəsmi Bakıya araşdırmaçı jurnalist Əfqan Muxtarlının işi ilə bağlı narahatlığını ifadə etməyə səsləyirəm”, – deyə deputatın bəyanatında qeyd edilir.

Buna da bax: Əfqan Muxtarlı ev dustaqlığına buraxılmadı

O, əlavə edib ki, rəsmi London Bakını Muxtarlının işi üzrə ədalətli məhkəmə təhqiqatını təmin etməyə səsləməlidir.

Deputat həmçinin, rəsmi Londonu müstəqil jurnalistikanın rolunu və əhəmiyyətini Azərbaycan hakimiyyətinə izah etməyə dəvət edib.

Buna da bax: Əfqan Muxtarlı: 'Papkanı qoltuğuna vurub bura gəlirsən, yalan danışırsan'

XATIRLATMA

Oturum izni ilə Gürcüstanda yaşayan Ə.Muxtarlı mayın 29-u müəmmalı şəkildə Azərbaycanda həbs edilib. Dediyinə görə, Tbilisidə saxlanıb, ona işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib. Üstəlik, cibinə 10 min avro pul qoyulub.

Bakıdakı rəsmi qurumlar isə onun sərhədi keçərkən Azərbaycan ərazisində saxlanıldığını, bu zaman hüquq-mühafizə əməkdaşlarına müqavimət göstərdiyini bəyan ediblər.

Jurnalist Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət və ya zor tətbiq etmədə ittiham olunur. Bundan başqa, ona 318.1, 206.1 maddələr ilə - sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də, ittiham irəli sürülüb.

Ə.Muxtarlı ilə bağlı Gürcüstanda da istintaq aparılır. İş əvvəlcə bu ölkənin Daxili İşlər Nazirliyində olub, sonra prokurorluğa verilib. Gürcüstan baş naziri və daxili işlər naziri Ə.Muxtarlı olayında yerli hüquq-mühafizə orqanlarının iştirakını təkzib edib. Bununla belə, istintaq yekunlaşana qədər Daxili İşlər Nazirliyi və gömrükdə iki şəxs tutduğu vəzifədən uzaqlaşdırılıb.

Noyabrın 30-u Balakən rayonunda Ə.Muxtarlının məhkəməsi başlayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG