Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Sentyabr, Cümə, Bakı vaxtı 11:33

21 il həbs yatmış müxalifətçi dünyasını dəyişib


Murod Juraev

21 ildən çox həbs cəzası çəkəndən sonra 2015-ci ildə azadlığa buraxılmış özbək müxalifətçi Murod Juraev 65 yaşında dünyasını dəyişib.

Daşkənddə çalışan müstəqil jurnalist Abdurahmon Tashanov AzadlıqRadiosuna deyib ki, Juraev dekabrın 4-də uzun sürən xəstəlikdən sonra vəfat edib.

Tashanov-un sözlərinə görə, Juraev Almaniyaya müalicəyə gedəcəkdi.

Etnik türkmən olan 63 yaşlı Juraev 1990-cı illərin əvvəlində müxalifətdən deputat olub. O, 1994-cü ildə həbs edilib və hökuməti zorla devirməyi planlaşdırmaqda təqsirli bilinib.

Tərəfdarları bu işin siyasi motivli olduğunu deyiblər.

Juraev 1995-ci ildə 12 illik həbsə məhkum edilib.

Ancaq rəsmilər onun həbs müddətini azı dörd dəfə uzadıblar, Juraev-in həbsxanada daxili intizam qaydalarını pozduğunu bildiriblər.

Onun 2015-ci ilin noyabrında həbsdən buraxılmasını beynəlxalq insan haqları təşkilatları alqışlayıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG