Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Oktyabr, bazar, Bakı vaxtı 03:51

Keçmiş nazirə 10 il həbs istənilir


Aleksei Ulyukayev

Rusiyanın keçmiş iqtisadiyyat naziri Aleksei Ulyukayev-ə dövlət ittihamçıları 10 illik həbs cəzası istəyiblər.

“Aleksei Ulyukayev-i təqsirli bilmənizi xahiş edirəm”, – prokuror Boris Neporozhny məhkəmədə deyib. O, keçmiş nazirə 10 illik həbslə yanaşı, 500 milyon rublluq (8,5 milyon dollar) cərimə də tələb edib.

Dekabrın 4-də keçirilən iclasda ittiham tərəfi bildirib ki, Ulyukayev-in dövlət neft şirkəti olan Rosneft rəhbəri Igor Sechin-dən 2 milyon dollar nağd pul alması sübuta yetirilib.

Ulyukayev özünü təqsirli bilməyib, ittihamnaməni provokasiya adlandırıb.

Keçmiş nazirin rüşvəti ötən il noyabrın 14-də qəbul etdiyi bildirilirdi, əvəzində dövlətin nəzarətində olan Bashneft-in Rosneft-ə satılmasına dövlət dəstəyi veriləcəkdi.

Daha sonra məhkəmədə Ulyukayev-in vəkilləri çıxış edəcək, o, son sözünü deyəcək və hökm oxunacaq.

Polis keçmiş naziri içində 2 milyon dollar olan qəhvəyi çamadanla saxlayandan bir gün sonra prezident Vladimir Putin onu vəzifədən uzaqlaşdırıb.

Ulyukayev noyabrın 27-də məhkəmədə deyib ki, çamadanın içində hədiyyə olduğunu düşünüb, ancaq ona tələ qurulubmuş.

Günün bütün mövzuları

XS
SM
MD
LG