Keçid linkləri

2018, 22 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 08:48

Prezident İlham Əliyev Avropa Birliyinin (AB) Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə yeni təyin edilən xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC-ın xəbərinə görə, dövlət başçısı İ.Əliyev T.Klaara yeni fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hazırkı vəziyyəti və münaqişənin həlli ilə bağlı danışıqlar prosesi ətrafında fikir mübadiləsi aparılıb

T.Klaar bu il noyabrın 13-də bu vəzifəyə təyin olunub. O, 2014-cü il iyulun 8-dən bu vəzifədə olmuş səfir Herbert Zalberi əvəzləyib.

Azərbaycan Avropa Birliyi ilə əsası 2009-cu ildə qoyulan «Şərq Tərəfdaşlığı» Proqramı çərçivəsində əməkdaşlıq edir. «Şərq Tərəfdaşlığı» Avropa Birliyinin altı qonşu ölkəsini əhatə edir. Bura Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxildir. Bu ölkələrdən Gürcüstan, Moldova və Ukrayna qurumla assosiasiya sazişi imzalayıb.

Azərbaycan rəsmiləri isə son illər bəyan edirdilər ki, onlar artıq Avropa Birliyi və bu quruma üzv ölkələrlə ayrılıqda əməkdaşlığa üstünlük verirlər.

2016-cı il iyulun 6-da Azərbaycanla Avropa Birliyi arasında çərçivə sazişi üzrə sənəd qəbul edilib. Çərçivə sənədi təhsil, səhiyyə, mədəniyyət, sosial, iqtisadi və siyasi sahələrdə Azərbaycanla əməkdaşlığın prinsiplərini müəyyən etməlidir.

Bu ilin fevralından isə ikitərəfli danışıqlar başlayıb. Ancaq bu il noyabrın 24-də Brüsseldə keçirilən sammitdə Azərbaycandan fərqli olaraq, Ermənistan «Avropa Birliyi ilə hərtərəfli və genişləndirilmiş partnyorluq razılaşması» adlı sənədi imzalayıb. Azərbaycanın belə bir sazişi nə vaxt imzalayacağı bilinmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG