Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 20:02

Azərbaycanla Türkiyə arasında hərbi dialoq


Müdafiə Nazirliyi

Dekabrın 5-də Bakıda Azərbaycan-Türkiyə X Yüksək Səviyyəli Hərbi Dialoq İclası (YSHDİ) başlayacaq.

Xəbəri Müdafiə Nazirliyi yayıb.

Xəbərə görə, iclasda nümayəndə heyətləri işçi qruplarda ikitərəfli münasibətlərin cari vəziyyətini nəzərdən keçirəcək və qarşıda duran vəzifələrin icrasından ötrü əsas fəaliyyət istiqamətlərini müzakirə edəcəklər.

İclasın Azərbaycan tərəfindən həmsədri müdafiə nazirinin şəxsi heyət üzrə müavini Kərim Vəliyev, Türkiyə tərəfindən isə Baş Qərargahın Plan, Prinsiplər Baş İdarəsinin rəisi Yavuz Türkgencidir.

Hərbi dialoq çərçivəsində müzakirələrə dekabrın 7-də yekun vurulacaq.

IX Yüksək Səviyyəli Hərbi Dialoq İclası 2016-cı ilin dekabrında Ankarada keçirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG