Keçid linkləri

2018, 20 Yanvar, şənbə, Bakı vaxtı 01:13

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Rusiyaya səfər edib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi ( XİN) məlumat yayıb.

Məlumatda bildirilir ki, dekabrın 4-ü və 5-də Moskvada Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin 7-ci müşavirəsi keçiriləcək.

Tədbir çərçivəsində nazir E.Məmmədyarovun çıxışı nəzərdə tutulub.

Rusiya XİN mətbuat xidmətinin yaydığı məlumata görə, nazirlər Xəzərin hüquqi statusu haqqında Konvensiyanı, iqtisadiyyat, nəqliyyat, dənizçilik, brakonyerlərlə mübarizə və başqa sahələrdə beştərəfli əməkdaşlığı tənzimləyən sənədləri nəzərdən keçirməlidirlər. Bundan başaq, əsas vəzifələrdən birinin Qazaxıstanda keçiriləcək beşinci Xəzər sammitinə hazırlıq olduğu bildirilir.

Xatırlatma

Xəzərin statusu ilə bağlı məsələ karbohidrogen ehtiyatlarının istifadə olunması ilə bağlı gündəliyə gəlib.

1997-ci ildə Azərbaycan, Qazaxıstan və Rusiya Xəzərin bölünməsi məsələsində razılığa gəliblər. Ancaq Türkmənistan və İranın mövqeləri fərqlənir. Onlar Xəzərin bərabər şəkildə bölünməsində israr edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG