Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Aprel, Bazar ertəsi, Bakı vaxtı 07:43

“Trump Qüdsü İsrail paytaxtı kimi tanımağa qərar verməyib”


Donald Trump

ABŞ prezidenti Donald Trump, hələlik, Qüdsü İsrailin paytaxtı kimi tanımaq, yaxud ABŞ səfirliyinin Təl Əvivdən müqəddəs şəhərə köçürmək barədə qərar verməyib. Bunu Trump-ın baş müşaviri və kürəkəni Jared Kushner dekabrın 3-də deyib.

Onun sözlərinə görə, dekabrın 5-6-da gözlənən açıqlama öncəsi Trump variantları nəzərdən keçirir.

“Prezident qərarını verəcək. O, hələ də bir çox fərqli faktları nəzərdən keçirir”, – Kushner Vaşinqtondakı Brookings İnstitutunda tədbirdə söyləyib.

Dekabrın 1-də ABŞ mediası yazıb ki, Trump Qüdsü paytaxt kimi tanımaq ərəfəsindədir, ancaq ABŞ səfirliyini köçürməklə bağlı qərar yubanır.

Qüdsün status məsələsi İsrail-Fələstin münaqişəsində ən həssas məsələlərdən sayılır.

Fələstinlilər Qüdsü gələcək dövlətin paytaxtı hesab edirlər. İsrailsə Şərqi Qüdsü ilhaq edib və şəhəri bütünlükdə paytaxtı elan edib. Amma beynəlxalq ictimaiyyət bu addımı tanımayıb və əksər ölkələrin səfirlikləri Təl Əvivdə yerləşir.

2016-cı ilin prezident kampaniyası dövründə Trump Qüdsü İsrailin paytaxtı kimi tanıyacağına və səfirliyi bu şəhərə köçürəcəyinə and içib.

Günün bütün mövzuları

XS
SM
MD
LG