Keçid linkləri

Təcili xəbərlər
2018, 10 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:38

ABŞ-la Cənubi Koreya birgə hava təlimlərinə başlayır


Arxiv fotosu

Dekabrın 4-də Birləşmiş Ştatlar və Cənubi Koreya indiyədək keçirdikləri ən böyük birgə hava təlimlərinə başlayıblar. Vigilant Ace adlı beş-günlük manevrlərdə 230-dan çox təyyarə iştirak edir.

Şimali Koreya bu təlimləri “istənilən an” nüvə münaqişəsinə aparacaq “hərtərəfli provokasiya” adlandırıb.

İllik Vigilant Ace təlimində altı F-22 və F-35 qırıcıları, eləcə də digər təyyarələr iştirak edir. ABŞ-dan 12 min dəniz piyadası və digər heyət də Cənubi Koreya hərbçilərinə qoşulacaq.

ABŞ ordusu bildirir ki, birgə təlim Koreya yarımadasında sülh və təhlükəsizliyin təminatı üçün hazırlıq və əməliyyat qabiliyyətini gücləndirəcək.

Şimali Koreya noyabrın 28-də ballistik raket atıb və bu Birləşmiş Ştatlar və regional müttəfiqlərlə gərginliyi artırıb.

Hazırda ABŞ ordusunun Cənubi Koreyada 28 min hərbçisi var.

Günün bütün mövzuları

XS
SM
MD
LG