Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Aprel, Bazar ertəsi, Bakı vaxtı 15:51

Erdogan “vətənə xəyanət”dən danışır


Recep Tayyip Erdogan

Sərvətini xaricə köçürməyə çalışan biznesmenlər “vətənə xəyanət” edirlər. Bunu Türkiyə prezidenti Recep Tayyip Erdogan deyir.

Erdogan dekabrın 3-də televiziyayla çıxışında deyib ki, bəzi biznesmenlərin sərvətlərini okeanın o tayına köçürməyə çalışmasından xəbəri var. “Hökuməti bu addımlara icazə verməməyə çağırıram, çünki onlar vətənə xəyanət edirlər”, – prezident söyləyib.

Ölkənin şərqindəki Muş şəhərində siyasi görüşdə danışan Erdogan ad çəkməyib.

Ancaq bu çıxışdan bir neçə gün öncə əslən İrandan olan türkiyəli qızıl taciri Reza Zarrab-ın Türkiyədəki əmlakı müsadirə olunub. Zarrab-ın hazırda Nyu Yorkda məhkəməsi gedir, o, ABŞ-ın İrana qarşı sanksiyalarını pozmaqda ittiham olunan türkiyəli bankirə qarşı ifadə verir.

Reza Zarrab ifadəsində Erdogan və digər hökumət rəsmilərini 1 milyard dollarlıq sxemdə əli olmaqda suçlayıb. Sxemin məqsədi İranın neft-qaz gəlirlərini qızıl sövdələşmələri vasitəsiylə “yumaq”, beləliklə Tehranın ABŞ sanksiyalarına pozaraq pullarını beynəlxalq miqyasda istifadə etməsinə yardım göstərmək olub.

Zarrab bank fırıldağı və çirkli pulyumada təqsirini boynuna alıb və hakimiyyətlə əməkdaşlıq edir.

Erdogan və digər rəsmiləri heç bir yanlışa yol vermədiklərini bildirirlər. Erdogan dekabrın 3-də Nyu Yorkdakı məhkəməni “şantaj cəhdi” adlandırıb, ona “boyun əyməyəcəklərini” bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG