Keçid linkləri

2017, 18 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 01:40

M.Abbaszadə: ‘9-cu sinifdən sonra 30-35 faiz təhsilini davam etdirmir’


Məleykə Abbaszadə

Azərbaycanın bəzi rayonlarında qızlar 9-cu sinfədək təhsil ala bilmirlər.

“Trend”in xəbərinə görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, 1-ci sinfə getdikdə oğlan və qızların nisbəti təxminən yarıbayarı olur:

"Amma bəzi rayonlarda məzunların 60 faizindən çoxu oğlandır. Bu isə təbii amillərlə bağlı deyil. Bu, o deməkdir ki, qızlar 9-cu sinfə gəlib çatmayıblar. Müəyyən rayonlarda isə oğlan məzunların sayı 48 faizdən azdır. Bu, o deməkdir ki, oğlanlar 13-14 yaşlarından təsərrüfat işlərinə cəlb olunur və artıq 9-cu sinfə gəlib çatmırlar”.

Buna da bax: Masallınin bir kəndində “Bilik günü” olmayıb...

M.Abbaszadə deyib ki, icbari təhsil başa çatdıqdan sonra 9-cu sinfi bitirən məzunların 30-35 faizi təhsilini davam etdirmir:

“Onlar kolleclərə qəbul üçün sənəd vermirlər. Ən yaxşı halda əmək fəaliyyətinə başlayır, ən pis halda isə işsiz olurlar. Çünki peşələri də yoxdur”.

M.Abbaszadə vurğulayıb ki, bu səbəbdən gələcəkdə rayonlarında sosial-iqtisadi, demoqrafik həyatında müəyyən problemlər yarana bilər.

Buna da bax: Cənub zonasında daha bir məktəb qapadılıb

Direktorlar Şurasının sədri bildirib ki, sadalanan gender məsələləri ilə əlaqədar ən pis vəziyyət Sabirabad və İmişli rayonlarındadır.

M.Abbaszadə onu da əlavə edib ki, bu il 9-cu sinfi təxminən 110 min, 11-ci sinfi isə 80 min məzun bitirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG