Keçid linkləri

2017, 18 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:34

Rusiyanın xarici işlər naziri Sergei Lavrov Birləşmiş Ştatları Şimali Koreyanı nüvə proqramını sürətləndirməyə təhrik etməkdə suçlayıb.

Noyabrın 30-da Belarusa səfəri zamanı danışan Lavrov ABŞ-ın Şimali Koreyayla əlaqələri kəsmək çağırışını da rədd edib.

Pxenyan noyabrın 29-da yeni qitələrarası ballistik raketi uğurla sınaqdan keçirəndən sonra Koreya yarımadasında gərginlik daha da artıb.

Vaşinqton ölkələri Pxenyanla əlaqələri kəsməyə çağırıb, Şimali Koreya rəhbərliyinə xəbərdarlıq edib ki, müharibə başlarsa, “tamamilə darmadağın olar”.

Moskva da Şimali Koreyanın keçirdiyi sınağı “provokasiya” adlandırıb. Ancaq Lavrov Birləşmiş Ştatları ittiham edib, deyib ki, Şimali Koreya lideri Kim Jong Un-u “özündən çıxmağa”, “yeni aşırı addım atmağa” təhrik edir.

Nazirin sözlərinə görə, Birləşmiş Ştatlar və Cənubi Koreya dekabra planlaşdırdıqları birgə hərbi təlimlərdən çəkinməlidirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG