Keçid linkləri

2017, 17 Dekabr, bazar, Bakı vaxtı 10:27

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı, videobloqqer Namiq Sadıqlının noyabrın 30-u axşam saatlarında saxlandığı bildirilir. Hazırda onun Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis bölməsində tutulduğu deyilir.

Bu barədə AXCP-dən məlumat yayıblar.

Məlumatda bildirilir ki, N.Sadıqlının özünün deməsinə görə, 5 nəfər mülkigeyimli şəxs evinə gələrək ona zor tətbiq ediblər. Verilən məlumata görə, baş verənlər ailənin, xüsusən də uşaqların möhkəm qorxmasına səbəb olub.

N.Sadıqlının İnzibati Xətalar Məcəlləsinin 535.1 (hakimiyyət nümayəndəsinə müqavimət) maddəsi ilə ittiham edildiyi bildirilir.

Onun yaxın saatlarda Nəsimi Rayon Məhkəməsinə aparılacağı gözlənilir.

Ancaq bu deyilənlərə nə Nəsimi Rayon Polis İdarəsinin, nə də Daxili İşlər Nazirliyinin münasibətini almaq mümkün olub.

Hazırda AXCP-nin 10-dan çox fəalı uzunmüddətli həbsdədir. Partiya onların siyasi sifarişlə həbs edildiyini bəyan edib.

Hakimiyyət rəsmiləri isə ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus sayılan şəxslər konkret törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG