Keçid linkləri

2017, 18 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 07:24

İmperator 2019-cu ildə vəzifədən gedir


İmperator Akihito, 2016-cı il

Yaponiya imperatoru Akihito 2019-cu il aprelin 30-da istefa verəcək. Bu, dünyanın ən qədim imperatorluğunda iki əsrdən də artıq bir müddətdə ilk istefa sayılır.

Baş nazir Shinzo Abe dekabrın 1-də bu xəbəri təsdiqləyib. O, Yaponiya İmperatorluq Şurasına 83 yaşlı imperatorun sağlıq səbəblərindən istefa tarixi müəyyənləşdirməsini “yumşaq qərar” adlandırıb.

“Yapon xalqının imperatorun istefası və vəliəhd şahzadənin taxta keçməsini qeyd etməsindən ötrü hökumət əlindən gələni edəcək”, – Abe deyib.

Akihito-nun böyük oğlu, 57 yaşlı vəliəhd şahzadə Naruhito-nun ertəsi gün taxta çıxacağı gözlənir.

İmperator ötən il verdiyi açıqlamayla ölkəni sarsıdıb. O, təxminən 30 illik hakimiyyətdən sonra istefa vermək niyyətini açıqlayıb, yaşını və sağlıq problemlərini əsas gətirib.

Yaponiyanın 2 min 600 illik imperiya tarixində istefalar olub, ancaq son iki əsrdə ilk belə istefadır.

Günün bütün mövzuları

XS
SM
MD
LG