Keçid linkləri

2017, 17 Dekabr, bazar, Bakı vaxtı 23:46

Londonun meri Trump-ın səfərini təxirə salmağa çağırır


Donald Trump

Londonun meri ABŞ prezidenti Donald Trump-ın bu ölkəyə planlaşdırılan səfərini təxirə salmağa çağırıb. Səbəb Trump-ın Twitter-də Britaniyanın ifrat-sağçı qrupu haqda yazdıqlarının böyük səs-küy doğurmasıdır.

Sadiq Khan noyabrın 30-da deyib ki, Trump “rəzil, ekstremist qrupu” təbliğ edib və onun Britaniyaya rəsmi səfəri “qəbul edilməməlidir”.

Trump noyabrın 29-da “Britain First” ifrat sağçı qrupunun qızışdırıcı və təsdiqlənməmiş, müsəlmanlara qarşı zorakılıq əks etdirən videolarını paylaşıb.

Khan Trump-ı bu videoları yaymaqla Britaniyayla Birləşmiş Ştatların “xüsusi münasibət”inə xəyanət etməkdə suçlayıb.

Khan-dan başqa Britaniyanın bəzi siyasətçiləri də bu səfərin təxirə salınmasına çağırıblar.

Müxalifətdə olan Liberal Demokrat partiyanın lideri Vince Cable deyib ki, partiyası baş nazir Theresa May-i Trump-a dəvətnaməni ləğv etməyə çağıran onlayn petisiyanı dəstəkləyir.

May-in sözçüsü ABŞ prezidentinin videoları yaymaqla yanlış hərəkət etdiyini deyəndən sonra Trump buna sərt reaksiya verib.

“Theresa, mənə fokuslanmayın, Birləşmiş Krallıqda yer alan dağıdıcı Radikal İslamçı Terrorçuluğa fokuslanın”, – Trump Twitter-də yazıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG