Keçid linkləri

2017, 19 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 02:16

Ölkədə milyondan çox adam müqaviləsiz işləyir


«Qeyri-rəsmi məşğulluğun aradan qaldırılmaması ciddi sosial məsələ olaraq qarır».

APA-nın xəbərinə görə, bunu noyabrın 30-u baş nazirin müavini, Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının sədri Əli Əhmədov deyib.

Baş nazirin müavini vurğulayıb ki, hazırda ölkədə 4.9 milyon əməkqabiliyyətli insan var. Bunun 4.7 milyon nəfəri məşğuldur. Onların 1.5 milyon nəfəri muzdla işləyir, 1.7 milyon nəfəri kənd təsərrüfatında çalışır:

«Bunlardan 1.5 milyon nəfər əmək müqaviləsi bağlayan, rəsmi fəaliyyət göstərən insanlardır. Yerdə qalanlar qeyri-rəsmi formada əmək fəaliyyəti ilə məşğul olanlardır».

Ə.Əhmədov qeyri-rəsmi məşğuliyyəti kölgə iqtisadiyyatından ötrü münbit şərait adlandırıb və hökumətin bunu aradan qaldırmaqda maraqlı olduğunu bildirib:

«Qeyri-rəsmi məşğul insanlar vergidən yayınırlar, sosial ödənişlərin həyata keçirilməsində də ciddi problemlər yaranır. Bu, insanların sosial və əmək hüquqlarının qorunmasına da problem yaradır».

Ölkədə reallıqda nə qədər işsizin olduğu dəqiq bildirilmir. Ekspertlər deyirlər ki, kənd təsərrüfatında çalışanların işsiz kimi götürülməsi düzgün deyil. Onların deməsinə görə, işləməyənlərin yalnız kiçik bir hissəsi işsiz kimi qeydiyyata düşə bilib. Bu il yanvarın 1-ə olan məlumata görə, yalnız 33 min şəxs ölkədə işsiz kimi müavinət alır.

Günün bütün mövzuları

XS
SM
MD
LG