Keçid linkləri

2017, 17 Dekabr, bazar, Bakı vaxtı 10:22

Bu gün, noyabrın 30-u Bakıda Azərbaycan, Türkiyə və Pakistan xarici işlər nazirlərinin ilk üçtərəfli görüşü başlayıb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Toplantıya Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu və Pakistan xarici işlər naziri Havaca Məhəmməd Asif qatılıblar.

Nazirlərin Azərbaycan, Türkiyə və Pakistan arasında üçtərəfli formatda əlaqələrin genişləndirilməsini, beynəlxalq və regional məsələləri müzakirə etdikləri bildirilir.

Üçtərəfli formatda danışıqlardan öncə isə xarici işlər nazirləri ikitərəfli görüşlər keçiriblər.

Prezident İlham Əliyev də Türkiyə və Pakistan xarici işlər nazirini qəbul edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG