Keçid linkləri

2017, 19 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 02:16

Əfqanıstanın Daxili İşlər Nazirliyi bildirir ki, qətl və adam oğurluğuna görə ölüm cəzasına məhkum edilmiş beş nəfər noyabrın 29-da edam olunub.

Məhkumların paytaxt Kabildəki Pul-e-Çarxi həbsxanasında edam olunduğu bildirilir.

“Herat Əyalət Şurasının keçmiş üzvü də həmin beş nəfər arasındadır”, – nazirliyin sözçüsü vəzifəsini icra edən Najeeb Danesh “Radio Azadi”yə deyib.

Həmin beş nəfər Heratda Mohammad Shah adlı gənci oğurlayıb öldürməkdə təqsirli bilinib. Shah bir tikinti şirkətinin direktor müavininin oğlu idi.

Adam oğurlayıb fidyə tələb etmək Heratda geniş yayılmış problemdir.

Əfqanıstanda ölüm hökmləri nadir hallarda icra olunur. Sonuncu dəfə prezident Ashraf Ghani ötən ilin mayında terrorçuluqda təqsirləndirilən altı nəfərin ölüm hökmünün icrasına fərman imzalalyıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG