Keçid linkləri

2017, 16 Dekabr, şənbə, Bakı vaxtı 19:01

İran baş nazirin təyyarəsini qəbul etməyib


Boyko Borissov

Noyabrın 29-da İran Bolqarıstanın baş naziri Boyko Borissov-un təyyarəsini hava məkanından çıxmağa vadar edib. Bu, Sofiyanın etirazını doğurub, Tehran isə daha sonra insidenti texniki nasazlıqla əlaqələndirib.

Bolqarıstanın xarici işlər naziri Ekaterina Zaharieva jurnalistlərə deyib ki, Səudiyyə Ərəbistanına gedən təyyarənin İran üzərindən uçmağa bütün gərəkən sənədləri olub. Noyabrın 28-də axşam İranın hava məkanına daxil olan təyyarədən dərhal çıxmağı tələb ediblər.

Zaharieva “son anda edilən imtina üzündən” təyyarənin Türkiyəyə qayıtmağa məcbur olduğunu deyib. Onun sözlərinə görə, təyyarə İraqın hava məkanından, İranın qərbində keçməklə Ər-Riyada gedəcəkdi.

Zaharieva-nın da uçduğu təyyarədə Bolqarıstanın keçmiş kralı Simeon Saxe-Coburg və daha dörd nazir varmış.

Tehran Sofiyaya bildirib ki, imtina təyyarənin planlaşdırdığı marşrutdan azacıq yayınmasıyla bağlı olub. Ancaq Bolqarıstan hakimiyyəti bu arqumentlə razılaşmayıb, İranın Bolqarıstandakı müvəqqəti işlər vəkilini izahat verməyə çağırıb.

İranın səfiri Hassan Dotagi daha sonra insidentdən dərindən təəssüfləndiyini bildirib, bunu “texniki anlaşılmazlıq” adlandırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG