Keçid linkləri

2024, 09 May, Cümə axşamı, Bakı vaxtı 02:58

BMT keçmiş Yuqoslaviya müharibə cinayətləri üzrə müttəhimin öldüyünü təsdiq edib


Slobodan Praljak məhkəmədə
Slobodan Praljak məhkəmədə

BMT-nin Haaqadakı məhkəməsi, Bosniya Xorvat müharibə cinayətləri üzrə müttəhimlərdən biri ona qarşı 20 il azadlıqdan məhrumetmə cəzasından verdiyi apellyasiyanın rədd edilməsinin ardınca özünün dediyinə görə zəhər içdikdən sonra öldüyünü təsdiq edib.

Keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Tribunların sözçüsü Nenad Golcevski müxbirlərə deyib ki, 72 yaşlı Slobodan Praljak məhkənin yaxınlığındakı xəstəxanada həyatının xilas edilməsi üçün edilən bütün cəhdlərə baxmayaraq noyabrın 29-da vəfat edib.

Onun içdiyi mayenin tərkibi haqqında heç bir açıqlama verilməyib.

Xorvatiyanın baş naziri Andrej Plenkovic bundan əvvəl Praljak ailəsinə başsağlığı vermiş və mətbuat konfransında demişdi: “Təəssüf ki, bizim hamımız onun öz həyatına son qoymasının şahidi olduq”.

***

Xorvatiya dövlət televiziyası Slobodan Praljak-ın öldüyünü xəbər verir. Niderland polisi, hələlik, açıqlama verməyib.

***

Məhkəmə rəsmisi deyib ki, 72 yaşlı Slobodan Prajlak salamatdır və tibbi müalicə alır. Məhkəmə nəzarətçisi bunu jurnalistlərə söyləyib, detalları açıqlamayıb, adını da deməyib.

Praljak-ın həqiqətən də zəhər içib-içmədiyi bəlli deyil.

Bina qarşısına polis, təcili yardım və yanğınsöndürən gəlib, xilasedicilər binaya daxil olub.

***

BMT-nin hərbi cinayətlər tribunalı Bosniya xorvatlarının apellyasiyası üzrə prosesi dayandırıb. Təqsirləndirilənlərdən biri – general Slobodan Praljak içində “zəhər” olduğunu dediyi butulkadan içib və “mən hərbi cinayətkar deyiləm” qışqırıb.

Daha öncə hakimlər Bosniya xorvat qüvvələrinin keçmiş komandiri Praljak-ın 20 illik, Bosniyanın keçmiş xorvat lideri Jadranko Prlic-ə 25 illik həbs cəzasını qüvvədə saxlayıb.

Hər ikisi Bosniya müharibəsində törədilmiş cinayətlərdə təqsirli bilinib.

Bu, BMT tribunalının Yuqoslaviynın parçalanması zamanı törədilmiş hərbi cinayətlərlə bağlı son hökmüdür.

Keçmiş etnik xorvat lideri Jadranko Prlic və daha beş nəfərlə bağlı apellyasiya qərarıyla Keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Məhkəməsi (ICTY) 20 illik fəaliyyətini sona çatdırır.

Bir həftə öncə hakimlər Bosniyanın keçmiş serb komandiri Ratko Mladic-i ömürlük həbsə məhkum etdilər.

1992-95-ci illər müharibəsində əsasən Bosniya müsəlmanları ilə serblər savaşsa da, müsəlmanlarla xorvatlar arasında da toqquşmalar olub.

Prlic 25 illik, digər təqsirləndirilənlərsə 10-20 illik cəzalarından apellyasiya şikayəti vermişdilər. Onlar qətl, işgəncə, zorlama, əmlakın dağıdılması, dinc sakinlərin terrorizə edilməsində təqsiri biliniblər.

Praljak-a 1993-cü ilin noyabrında Mostar şəhərində 16-cı əsrə aid körpünün dağıdılmasını əmr etmək ittihamı da verilib. Körpü 2004-cü ildə bərpa olunub.

Bosniya müharibəsində 100 minədək adamın öldüyü, 2,2 milyon nəfərin didərgin düşdüyü bildirilir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG