Keçid linkləri

2017, 17 Dekabr, bazar, Bakı vaxtı 23:49

Palata metroya subsidiyaların artırılmasını istəmir


Qatar

Bu il Nazirlər Kabineti Bakı Metropoliteninin subsidiyalaşdırmasını dövlət büdcəsində nəzərdə tutulduğu kimi, 50 faiz artırıb. Növbəti 2018-ci ildə subsidiyanın həcmi 45 milyon manat səviyyəsində qalacaq.

Hesablama Palatası (HP) dövlət büdcəsi layihəsinə rəyində buna qarşı çıxıb. Palata nəzarət tədbirlərinin nəticələrinə istinadən hesab edir ki, sərnişindaşıma xidmətlərinin maya dəyərini, cəmiyyətin strukturunda olan qeyri-kommersiya təyinatlı obyektlərin fəaliyyəti ilə bağlı müxtəlif xərcləri azaltmaq olar.

HP hesab edir ki, maliyyə-uçot intizamının gücləndirilməsi istiqamətində zəruri tədbirlərin görülməsi ilə Bakı Metropoliteninə ayrılan subsidiyaları optimallaşdırmaq olar.

2017-ci ildə «Bakı Metropoliteni» QSC-yə sərnişindaşımadan yaranacaq zərərin ödənilməsindən ötrü 30 milyon manat vəsait (subsidiya) proqnozlaşdırılmışdı. Bu, 2015-2016-cı illərin göstəricilərindən 7 milyon 998.2 min manat və ya 21 faiz az idi. Ancaq bu ilin mart və aprelində hökumət kommunal tariflərin artması ilə bağlı xərcləri maliyyələşdirməkdən ötrü Bakı Metropoliteninə əlavə 15 milyon manat subsidiya ayırıb.

Bəzi ekspertlər də hesab edirlər ki, müxtəlif dövlət qurumlarına ayrılan subsidiyalar sonradan korrupsiya əməllərinə yol açır.

Günün bütün mövzuları

XS
SM
MD
LG