Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Avqust, çərşənbə, Bakı vaxtı 07:21

Azərbaycan məhsulları Dubaya aparılır


Dubay

«Made in Azerbaijan» brendinin təşviqi məqsədilə növbəti ixrac missiyası dekabrın 3-də Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) Dubay şəhərinə gedəcək.

Bu barədə İqtisadiyyat Nazirliyi açıqlama yayıb.

«Meyvə-tərəvəz istehsalçıları dekabrın 5-dən 7-ə kimi Yaxın Şərq ölkələrinin ən iri meyvə-tərəvəz sərgisi olan «WOP Dubai»da da iştirak edəcəklər. Azərbaycan məhsullarının da nümayiş olunacağı sərgi çərçivəsində seminar və ikitərəfli görüşlər təşkil ediləcək», -açıqlamada bildirilir.

İxrac missiyasında meyvə şirələri, təbii mineral sular, meyvə-tərəvəz məhsulları, quru meyvə, konservləşdirilmiş məhsullar, ət , bal, çay, süd və süd məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən 20 şirkətin iştirak edəcəyi bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG