Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 23:54

Rohani Səudiyyənin ittihamlarından danışır


Hassan Rohani, arxiv fotosu

İran prezidenti Hassan Rohani Səudiyyə Ərəbistanını ittiham edib. Deyib ki, İranı Yaxın Şərqdəki münaqişələrin arxasında durduğunu söyləməklə Ər-Riyad ölkəiçi və xaricdəki “uğursuzluqlarından” diqqəti yayındırır.

“Səudiyyə Ərəbistanı İranla düşmənçilik vasitəsiylə iki problemi həll etməyə çalışır: birincisi, regiondakı və ikincisi, ölkədaxili problemlərini ört-basdır etmək istəyir”, – Rohani noyabrın 28-də dövlət televiziyasına müsahibəsində deyib.

“Səudiyyə Qətərdə, İraqda, Suriyada və ən sonuncu da Livanda uğursuzluqla üzləşib. Məğlubiyyətlərini ört-basdır etmək istəyirlər”, – Rohani deyib.

Sünnilərin hakimiyyətdə olduğu Səudiyyə Ərəbistanı və onun Fars Körfəzindəki müttəfiqləri şiə İranını Suriya, Yəmən, Livan və digər yerlərdə terrorçuluğu və münaqişəni qızışdırmaqda ittiham edir.

Ötən həftə krallığın vəliəhd şahzadəsi İranın ali dini lideri Ayatollah Ali Khamenei-ni “Yaxın Şərqin yeni Hitleri” adlandırmaqla gərginliyi daha da artırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG