Keçid linkləri

2017, 18 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 01:37

Cinayət törətdiyi iddia olunan azərbaycanlı hərbi qulluqçu Bəhruz Cəlilbəylinin meyiti Azərbaycana verilib.

Bu haqda «Turan» agentliyinə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından bildiriblər.

B.Cəlilbəylinin meyitinin verilməsi prosesi bu gün, noyabrın 28-i həyata keçirilib. Bu, Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilən tədbirlər nəticəsində baş tutub.

Mərhum B.Cəlilbəylinin cinayət törədib hərbi hissəni özbaşına tərk etməsi ilə bağlı rəsmi açıqlamaya hələlik onun yaxınlarından münasibət almaq mümkün olmayıb.

XATIRLATMA

Azərbaycan Müdafiə Nazirliyi bir neçə gün əvvəl Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində hərbi qulluqçu meyiti tapıldığı barədə açıqlama yaymışdı.

Nazirlik bildirmişdi ki, meyiti aşkar edilən şəxs B.Cəlilbəyli olub. 1998-ci il təvəllüdlü B.Cəlilbəyli bu ilin yanvar ayında Sədərək rayonundan hərbi qulluğa çağırılıb.

Nazirliyin iddiasına görə, o, hərbi cinayət törətdikdən sonra xidmət yerini özbaşına tərk edib. B.Cəlilbəylinin meyitinin Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu istiqamətindəki təmas xəttində, Ermənistan silahlı qüvvələrinin mövqelərinə yaxın ərazidə müəyyən edildiyi bildirilirdi. Həmin vaxt Ermənistan tərəfi Naxçıvan istiqamətində neytral ərazidə azərbaycanlı hərbi qulluqçunun - kapitanın cəsədini tapdıqlarını açıqlamışdı.

Ermənistan Müdafiə Nazirliyi hərbi qulluqçunun cəsədini Qırmızı Xaç Komitəsinə təhvil verməyə hazır olduğunu bildirmişdi.

Azərbaycan və Ermənistan qoşunları Qarabağ münaqişəsi ilə bağlı üz-üzə mövqelər tutublar.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG