Keçid linkləri

Təcili xəbərlər
2018, 17 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:09

Prezident Tərtərdə köçkün səhərciyinə baş çəkib


Yeni yaşayış kompleksi ilə tanışlıq. 28 noyabr 2017

Prezidenti İlham Əliyevin iştirakı ilə noyabrın 28-i Tərtər-Seydimli-Qaradağlı-Sarov avtomobil yolunun açılışı olub.

Uzunluğu 29.5 kilometr olan Tərtər-Seydimli-Qaradağlı-Sarov avtomobil yolu üçüncü texniki dərəcəlidir və 24 min nəfər əhalinin yaşadığı 20 yaşayış məntəqəsini birləşdirir.

Prezidenti rayonda 1170 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış kompleksində yaradılan şəraitlə də tanış olub. O, Ağdam rayonundan məcburi köçkün Pakizə Məmmədovanın mənzilinə baş çəkib, yaradılan şəraitlə maraqlanıb.

Prezidentə məlumat verilib ki, şəhərcikdə Kəlbəcər, Laçın və Ağdam rayonunun məcburi köçkünləri məskunlaşmalıdır.

Şəhərcikdə 1200 şagirdlik məktəb tikilib.

Prezidentə bildirilib ki, bu, sayca məcburi köçkünlərə salınan 97-ci şəhərcikdir.

Prezident İ.Əliyev bu gün, noyabrın 28-də Tərtər rayonuna səfər edib. O, səhər saatlarında isə Tərtər Tarix-Diyarşünaslıq Muzeyindən ötrü inşa olunan yeni binanın açılışında iştirak etmişdi.

XATIRLATMA

1988-ci ildə Qarabağ münaqişəsi başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

Köçkünlər əvvəlcə, əsasən, çadır, vaqon şəhərciklərində və ölkənin iri şəhərlərindəki yataqxanalarda məskunlaşıblar. Sonrakı illərdə Bakı ətrafında və müxtəlif bölgələrdə köçkün şəhərcikləri salınıb. Köçkünlərin bir hissəsi bu şəhərciklərə yerləşdirilib. Hazırda vaqon və çadır şəhərciyi yoxdur.

Günün bütün mövzuları

XS
SM
MD
LG