Keçid linkləri

2017, 17 Dekabr, bazar, Bakı vaxtı 10:20

Səudiyyə Ərəbistanıyla İranın münasibətləri gərginləşir, OPEC (neft ixrac edən ölkələrin karteli) xam neft təchizatı bağlı planlarını açıqlamalıdır. Bu ərəfədə investorlar neftin qiymətində dəyişiklik gözləyirdilər və haqsız da sayılmırdılar. Di gəl, bazar son doqquz ayda ən sakit dövrünü yaşamaqdadır. “Bloomberg” agentliyi bunun səbəbindən yazır.

Ötən cümə günü Nyu Yorkda xam neft 22 faizədək ucuzlaşıb. Bu, martın əvvəlindən bəri ən aşağı qiymətdir. Yaxın Şərqdə gərginliyin artmasına, Vyanada gözlənən toplantıya baxmayaraq, oktyabrın əvvəlindən bazarda qiymətlər son illərin ən aşağı həddinə enib. OPEC-lə müttəfiqləri təchizatı məhdudlaşdırmağın uzadılmasını müzakirə edəcəklər. Məhz bu addım neft bazarını canlandıra bilmişdi.

Məsələ bundadır ki, OPEC artıq növbəti addımının nə olacağını bəlli edib: kartelin və əsas qeyri-üzv hasilatçı Rusiyanın hasilatın azaldılmasını gələn ilin sonunadək qüvvədə saxlayacağı gözlənir.

“Cümə axşamı qərarından sonra şok yaşanmayacağı, Mərkəzi Bank-üslubuyla qiyməti saxlayacaqları gözlənir”, – Londondakı Commodities Trading Corporation Ltd.-nin təsisçisi Thibaut Remoundos deyir.

Agentlik yazır ki, 30 noyabr toplantısının bazarın gözləntilərini doğrultmayacağı, qiymətləri daha da salacağına dair proqnozlar da var. Bu da öz növbəsində bazarda dəyişikliyin kəskinləşməsinə təkan verə bilər, BNP Paribas SA və JPMorgan Chase & Co.-nun təhlilçiləri belə düşünürlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG