Keçid linkləri

2017, 17 Dekabr, bazar, Bakı vaxtı 10:21

Beynəlxalq Olimpiya Komitəsi Rusiyanın dopinq qalmaqalına səbəb olmuş şəxsi suçlama strategiyasına zərbə vurub. Qurum bildirib ki, Moskvanın keçmiş antidopinq rəsmisi olan Grigory Rodchenkov Rusiyanın dopinq “konspirasiyası”nı dünyaya açıqlamaqla “həqiqəti” söyləyib.

Moskvanın antidopinq laboratoriyasının keçmiş direktoru olan Rodchenkov 2015-ci ildə Rusiyada atletlərin dövlətin sponsorluqğuyla irimiqyaslı dopinq qəbuluna dair iddialar səsləndirib. BOK onu “həqiqəti deyən şahid” adlandırır.

Son iki ildə Rusiyanın onlarla atleti yarışlardan kənarlaşdırılıb. Rusiya hakimiyyəti buna görə Rodchenkov-u və fərdi atletləri günahlandırıb.

Bu ayın əvvəlində Moskvada Rodchenkov-a cinayət işi açılıb. Rusiya İstintaq Komitəsi onu 2014-cü il Soçi olimpiadası zamanı, eləcə də 2006-2015-ci illərdə laboratoriya direktoru olarkən bir neçə idman tədbirində dopinq proqramını təşkil etməkdə suçlayıb. Komitə onun ekstradisiyasına çalışacağını bildirib.

ABŞ mediası Rodchenkov-un bu ölkədə gizləndiyini, əməkdaşlıq edən şahid kimi Federal Təhqiqat Bürosunun (FBI) qoruması altında olduğunu yazıb.

BOK noyabrın 27-də bildirib ki, Rodchenkov vəzifədə ikən dopinq sxemində iştirak etdiyini boynuna alıb, ancaq bu, heç də onun şahid kimi dəyərini azaltmır.

Günün bütün mövzuları

XS
SM
MD
LG