Keçid linkləri

2017, 19 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 02:19

Şiə ruhaninin ağır xəstə olduğu deyilir


Bu ilin mayında İraqın Nəcəf şəhərində keçirilən aksiyada Isa Qassim-in portreti qaldırılıb

İnsan haqları fəallarının noyabrın 27-də bildirməsinə görə, Bəhreyndə ev dustağı olan tanınmış şiə ruhanisi ağır xəstədir.

80 yaşlı şeyx Isa Qassim-a həkimlər noyabrın 26-da Dirazdakı evində baş çəkiblər. Onun təcili əməliyyata ehtiyacı olduğu bildirilir.

Həkimlərin sözlərinə görə, Qassim daimi ağrıdan və qanaxmadan əziyyət çəkir, qan təzyiqi yüksəkdir, şəkər və ürək xəstəliyi var.

Bəhreyninin Londondakı səfirliyinin əməkdaşı Fahad al-Binali “Associated Press” agentliyinə deyib ki, Qassim-in ev dustaqlığının onun tibbi xidmətə çıxışına təsiri yoxdur və oğlu ruhanini xəstəxanana aparmaqdan ötrü təcili yarım maşınından imtina edib.

Hakimiyyət Qassim-in vətəndaşlığını iyunda alıb və o, deportasiya oluna bilər. Ruhani ekstremizmi qızışdırmaqda, pulyumada ittiham olunub. Ancaq tərəfdarları ittihamları rədd edir, Birləşmiş Ştatlar, Britaniya və İran onun həbsini pisləyib.

Qassim-in tərəfdarları bir neçə ay onun evinin ətrafında oturaq aksiya keçirib. Polis mayda 286 həbs edib, toqquşmalarda azı 5 nəfər öldürülüb.

Əsasən şiələrin yaşadığı Bəhreyni sünni Al Khalifa ailəsi idarə edir. 2011-ci ildə hökumət Ərəb baharı adı almış üsyanı yatırandan sonra təzyiqləri gücləndirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG