Keçid linkləri

2017, 16 Dekabr, şənbə, Bakı vaxtı 19:01

Prezident İlham Əliyev bu gün, noyabrın 27-si bununla bağlı sərəncam imzalayıb.

Sərəncamda vurğulanır ki, sənaye məhəlləsinin yaradılmasında məqsəd kiçik və orta sahibkarlığın dəstəklənməsidir.

Sənəddə Sabirabad sənaye məhəlləsinin fəaliyyətinin təşkili və tənzimlənməsi “Azərbaycan İnvestisiya Şirkəti" Açıq Səhmdar Cəmiyyətinə həvalə olunub.

Nazirlər Kabineti məhəllənin fəaliyyətindən ötrü Sabirabad rayonu ərazisində 20,3 hektar torpaq sahəsinin ayrılmasını təmin etməlidir.

Buna da bax: İlham Əliyev: 'İndi bizim təcrübəmiz öyrənilir'

İqtisadiyyat Nazirliyinə isə məhəllənin fəaliyyəti ilə bağlı müvafiq torpaq sahəsinin istifadəyə yararlı vəziyyətə gətirilməsi, xarici, daxili infrastrukturun qurulması, məhəllənin işinin təşkili və tənzimlənməsini təmin etmək tapşırılıb.

XATIRLATMA

Azərbaycanda sənaye parkları və məhəllələrinin yaradılmasına 2011-ci ildən başlanıb. Əvvəlcə Sumqayıt Kimya Sənaye Parkı yaradılıb. Artıq, bu parkda müəyyən müəssisələrin fəaliyyətə başladığı bildirilir.

Prezident bu istiqamətdə növbəti sərəncamlara birdə 2015-ci ildə imza atıb. Həmin il Neftçala Sənaye Məhəlləsinin, Mingəçevir və Qaradağ sənaye parklarının yaradılmasına qərar verilib.

2016-cı ilin ortalarında isə prezident Masallı Sənaye Məhəlləsinin və Pirallahı Sənaye Parkının yaradılması haqda sərəncamlar verib.

Bu il isə Hacıqabul rayonunda sənaye məhəlləsi yaradılmasına qərar verilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG