Keçid linkləri

2017, 17 Dekabr, bazar, Bakı vaxtı 12:05

İnsan haqları fəalı dələduzluğa görə məhkum olunub


Makhambet Abzhan məhkəmədə

Astanada məhkəmə yerli mülkiyyət hüquqları fəalı Makhambet Abzhan-ı dələduzluqda təqsirli bilərək 3 il yarımlıq həbsə məhkum edib.

Saryarqa Rayon Məhkəməsi noyabrın 27-də çıxardığı hökmdə Abzhan-ın əmlakının müsadirəsinə də qərar verib.

Abzhan məhkəmədən sonra hökmün siyasi motivli olduğunu, apellyasiya şikayəti verəcəyini bildirib.

Fəal iyunda saxlanıb. Dostları və tərəfdarları ona qarşı cinayət işinin siyasi motivli olduğunu, insan haqları sahəsindəki fəaliyyətinə görə ondan qisas alındığını bildiriblər.

Abzhan Astanada mənzil üçün tikinti şirkətlərinə ödənişlər edən, ancaq nə mənzil, nə də pulunu ala bilənlərin hüquqlarını müdafiə edirdi.

O, 2006-cı ildə maliyyə fırıldağı ittihamıyla təqsirli bilinərək üç il həbsə məhkum edilib. O zaman Astana Şəhər Şurasına seçkiyə namizədliyini vermişdi.

Həbsdən çıxandan sonra Abzhan mülkiyyət hüquqlarının müdafiəsinə başlayıb.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG