Keçid linkləri

2017, 17 Dekabr, bazar, Bakı vaxtı 11:57

Azərbaycanda əkin yerlərinin yandırılmasına görə cəzalar müəyyən edilir.

APA-nın xəbərinə görə, bununla bağlı Azərbaycan prezidenti Milli Məclisə qanun layihəsi təqdim edib.

Layihəyə görə, İnzibati Xətalar Məcəlləsinə 244-1 (Əkin yerlərinin yandırılması) maddəsi əlavə edilir.

Yeni maddəyə əsasən, əkin yerlərinin yandırılmasına görə fiziki şəxslər 400 manatdan 600 manata, vəzifəli şəxslər 1500 manatdan 2000 manata, hüquqi şəxslər isə 5000 manatdan 6000 manata qədər cərimələnəcəklər.

Layihə qəbul olunduğu halda 2018-ci il fevralın 1-dən qüvvəyə minəcək.

Qanun layihəsi əvvəlcə Milli Məclisin Aqrar siyasət komitəsinin noyabrın 28-də keçiriləcək iclasında müzakirəyə çıxarılmalıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG