Keçid linkləri

2017, 19 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:28

Turistlər Balidən çıxa bilmir


Aqunq dağı vulkanı, 27 noyabr, 2017-ci il

İndoneziya rəsmiləri Bali adasında püskürməkdə olan vulkan zonasından adamların kütləvi köçürülməsinə göstəriş verib. Bu populyar turist məkanına ildə 4,5 milyondan çox səyahətçi gedir.

Evakuasiya əmri noyabrın 27-də çıxarılıb. Həftəsonu Aqunq dağı vulkanının yaratdığı duman adadakı beynəlxalq aeroportun bağlanmasıyla sonuclanıb. On minlərlə turist burada qalıb.

Aeroport sözçüsü noyabrın 27-də 445 uçuşun təxirə salındığını, 59 minədək turistin adada qaldığını bildirib.

Rusiyanın Rosturizm federal turizm agentliyinin məlumatına görə, 300 rusiyalı turist hazırda Balidən başqa adaları evakuasiya olunanlar arasındadır.

İndoneziya vulkan həyəcanının səviyyəsinin ən yüksək həddə qaldırıldığını, təhlükə zonasının 7,5 kilometrdən 10 kilometrə genişləndirildiyini bildirib.

1963-cü ildə Aqunq dağı vulkanı püskürməsindən 1500-dək adam ölmüşdü.

Günün bütün mövzuları

XS
SM
MD
LG