Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 07:40

Şübhəli rusiyalı haker ABŞ-a təhvil verilə bilər


İllüstrativ foto
İllüstrativ foto

Çexiya məhkəməsi şübhəli rusiyalı hakerin Birləşmiş Ştatlara təhvil verilməsinə dair qərar çıxarıb.

Praqa Ali Məhkəməsi noyabrın 24-də Yevgeny Nikulin-in ekstradisiyasına icazə verən məhkəmə hökmünü qüvvədə saxlayıb. Birləşmiş Ştatlar onu kompüterlərə haker hücumunda, LinkedIn və Dropbox kimi böyük internet şirkətlərindən informasiya oğurlamaqda ittiham edir.

RUSİYAYA QARŞI ŞİKAYƏTİ GERİ GÖTÜRÜB

Moskva həmişə ABŞ-ın üçüncü ölkələrdən vətəndaşlarını ekstradisiya etməkdə suçlayır və Nikulin-in başqa bir internet oğurluğu ittihamıyla ekstradisiyasına çalışıb.

İndi son qərarı Çexiyanın ədliyyə naziri verməlidir. O, bir ölkəyə ekstradisiyanı təsdiqləməklə digərinin istəyinin üstündən xətt çəkə bilər.

Nikulin öncə hər iki ölkəyə ekstradisiyasından şikayət vermişdi, sonradan Rusiyaya qarşı şikayətini geri çəkdi.

O, 2016-cı ilin oktyabrında Çexiyada, ABŞ hökumətinin Interpol-a sorğusu əsasında saxlanıb.

Bu ekstradisiya qərarının çıxdığı dönəmdə ABŞ-da müstəntiqlər Rusiyanın ötənilki prezident seçkisinə mümkün müdaxiləsini araşdırır.

ABŞ-IN İTTİHAMI

ABŞ kəşfiyyatı belə bir nəticəyə gəlib ki, Rusiya haker hücumları, propaqanda vasitəsiylə 2016-cı ilin noyabrında prezident seçkisinə müdaxiləyə cəhd göstərib.

Moskva iddiaları danır.

Nikulin-in vəkillərindən biri bu ilin əvvəlində iddia edib ki, Federal Təhqiqatlar Bürosunun (FBI) agentləri onun müştərisinin seçkidən öncə ABŞ Demokratlar Partiyasına haker hücumunu boynuna almasına çalışırlar.

Nikulin məhkəmədə deyib ki, Demokratlar partiyasına kiberhücumda iştirak etməyib, Birləşmiş Ştatlarda ona irəli sürülən ittihamlarla bağlı özünü təqsirli bilmir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG