Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Aprel, şənbə, Bakı vaxtı 03:41

Cümə günü – noyabrın 24-də Emmerson Mnangagwa Zimbabvenin yeni prezidenti kimi and içib. Bir neçə gün öncə 37 il bu ölkəyə rəhbərlik etmiş Robert Mugabe istefa vermişdi.

On minlərlə zimbabveli Mnangagwa-nın andiçməsini sevinclə qarşılayıb. O, hələ 1980-ci ildən – ölkə ağ azlığın idarəçiliyindən qurtulandan Zimbabvenin ikinci liderinə çevrilib.

“Zimbabveyə sadiq olacağam, konstitusiya itaət edəcək, onu müdafiə edəcəyəm”, – Mnangagwa andında söyləyib.

Mugabe bu ayın əvvəlində Mnangagwa-nı vitse-prezident postundan uzaqlaşdırdı. Bundan sonra ordu hərəkətə gələrək prezidentin özünün istefasına nail oldu.

Mugabe noyabrın 21-də istefa verdi, ona qarşı artıq impiçment proseduru başlanmışdı.

Dövlətə məxsus “Herald” qəzeti yazıb ki, 93 yaşlı Mugabe “istirahət” etməli olduğundan mərasimə qatılmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG