Keçid linkləri

2017, 17 Dekabr, bazar, Bakı vaxtı 10:26

Ukrayna beş əsgərinin öldürüldüyünü bildirir


Ukraynada hökumətin nəzarətində olan Travneve kəndi, 23 noyabr, 2017-ci il

Ukrayna ordusu bildirir ki, ölkənin şərqində rusiyapərəst separatçılarla toqquşmalarda beş əsgəri öldürülüb, dördü yaralanıb.

Ordunun noyabrın 24-də yaydığı bəyanata görə, əsgərlərin dördü bir gün öncə Krımske kəndində səkkiz saat çəkən atışmada öldürülüb.

Krımske Luqanskdan 30 kilometr qərbdə yerləşir. Bu həftə şəhərə nəzarət üstündə separatçı fraksiyalar arasında gərginlik qızışıb.

Dörd əsgərsə noyabrın 23-də separatçılarla toqquşmalarda yaralanıb. Məlumatda səkkiz separatçının öldürüldüyü, doqquzunun yaralandığı bildirilir.

2014-cü ilin aprelindən Ukraynanın şərqindəki Donetsk və Luqansk regionlarında hökumət qüvvələiylə separatçıların toqquşmalarında 10 mindən çox adam ölüb.

Bir neçə dəfə atəşkəs elan olunsa da, zorakılıq halları azalmayıb.

Tərəflər bir-birini atəşkəsi pozmaqda ittiham edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG