Keçid linkləri

Təcili xəbərlər
2018, 17 Avqust, Cümə, Bakı vaxtı 21:10

Suriya müxalifəti danışıqlara vahid nümayəndə heyəti göndərir


Oktyabrın sonunda Qazaxıstanda da Suriya danışıqları keçirilib

Suriyanın müxalifət qrupları Cenevrədə keçiriləcək sülh danışıqlarına vahid nümayəndə heyəti göndərməklə bağlı razılığa gəldiklərini bildirirlər.

Bu açıqlama noyabrın 24-də verilib. Bu arada Ər-Riyadda Səudiyyənin təşkilatçılığıyla danışıqlar artıq ikinci günə daxil olur. Buraya 140 müxalifət təmsilçisi toplaşıb. Onların Suriya prezidenti Bashar al-Assad rejimiylə birbaşa danışıqları noyabrın 28-nə planlaşdırılıb.

İndiyədək Cenevrə danışıqlarının bir neçə raundu keçirilsə də, Suriyada münaqişəni bitirə bilməyib. 2011-ci ildən münaqişədə 330 mindən çox adam ölüb, milyonlarla insan qaçqına çevrilib.

Müxalifət üzvü Bassma Kodmani jurnalistlərə deyib ki, noyabrın 24-də 50 nəfərlik vahid nümayəndə heyətinin üzvlərinin adları dəqiqləşdiriləcək.

Suriya müxalifət qruplarına bir sıra radikal tələblərindən əl çəkməkdən ötrü təzyiq olunub. Rusiyanın dəstəklədiyi Assad rejimi isə münaqişədə mövqeyini gücləndirməkdədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG