Keçid linkləri

2017, 17 Dekabr, bazar, Bakı vaxtı 10:26

Qırğızıstanın yeni prezidenti and içir


Sooronbai Jeenbekov and içir

Qırğızıstanın yeni seçilmiş prezidenti Sooronbai Jeenbekov noyabrın 24-də paytaxt Bişkekdə and içir. Bu, regionda hakimiyyətin ilk dəfə olaraq dinc yolla transferidir.

Jeenbekov prezident Almazbek Atambaev-i əvəzləyir.

Konstitusiya bu ölkədə bir şəxsin ikinci müddətə prezident seçilməsinə imkan vermir.

Jeenbekov 2016-cı ilin aprelindən 2017-ci ilin avqustunadək baş nazir olub.

Rəsmi məlumata görə, Jeenbekov 15 oktyabr seçkisində səslərin 54 faizini toplayıb. Ancaq tənqidçilər prezidentin keçmiş baş nazirini prezident postuna gətirməkdən ötrü məhkəmələrdən, hüquq-mühafizə orqanlarından, hakimiyyətin başqa rıçaqlarından faydalandığını bildirirlər.

Jeenbekov-un əsas rəqibi olan Omurbek Babanov səslərin 34 faizini toplayıb və səsvermənin pozuntularla keçdiyini bildirib.

Beynəlxalq müşahidəçilər seçkinin şəffaf və rəqabətli mühitdə keçdiyini, ancaq səssayma zamanı “saysız və mühüm problemlərin qeydə alındığını” vurğulayıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG